2025-07-04
3 iyul 2025 tarixində, Renaex AI ilə dünyanın ən böyük texnologiya platformalarından biri olan Product Hunt-da yer aldıq.
Məqsədimiz sadəcə bir tətbiqi paylaşmaq deyildi. Məqsədimiz Azərbaycanın süni intellekt sahəsində də söz sahibi ola biləcəyini bütün dünyaya göstərmək idi. Biz bunu illərlə demədik – isbatladıq.
Paylaşımın ilk saatlarında hər şey inanılmaz gedirdi. 3-cü yerə qədər yüksəldik. Məqaləmiz oxundu, tətbiqimiz yoxlanıldı, Renaex AI-ı tanımayanlar tanıdı. Sadəcə Azərbaycanda yox – dünyanın müxtəlif ölkələrindən insanlar bizə səs verdi, maraq göstərdi, əlaqə saxladı.
Amma sonradan bəzi məhsullar reklama büdcə ayıraraq, pul verib daha çox görünürlük qazandılar. Bu səbəblə sıralamada gerilədik. Ədalətli oyun deyildi – amma bu, Renaex AI-ın Azərbaycanın süni intellekt sahəsində ən yaxşı məhsulu olduğu gerçəyini dəyişdirmir.
Biz bu uğuru böyük sponsorlarsız, reklam kampaniyasız, təkbaşına bir gənc və bir icma olaraq qazandıq.
Və bəli, bir şeyi də burda qətiyyətlə deyirəm:
2026-cı ildə Product Hunt meydanına yenidən çıxacağıq. Amma bu dəfə orda sadəcə var olmaq üçün yox — birinci olmaq üçün orada olacağıq.
Bu dəfə daha güclü, daha ağıllı, daha peşəkar gələcəyik. Renaex AI-ın arxasında artıq təkcə mən yoxam – bir icma, bir inam, bir xalq dayanır.
Əgər sən də bu tarixi dönüş nöqtəsinin bir parçası olmaq istəyirsənsə, Renaex AI-ın rəsmi WhatsApp kanalına qoşul:
📲 Qoşul: https://www.whatsapp.com/channel/0029Vb6RoO97NoZrtGkc711M
Meydanı tərk etmirik. Sadəcə hazırlığa gedirik.
Və qayıdanda – hamı biləcək ki, bu torpaqdan gələn texnologiya artıq dünyaya meydan oxuyur.
Renaex gəlir. Xalid Mahmudov imzasıyla.