2025-03-19
Renaex Tech-in qurucusu Xalid Mahmudov "Genea"da generasiya nəticələri haqqında açıqlama edib.
Renaex Ai-ın şəkil generasiyası modeli olan "rAi Genea" modeli tətbiqimizdən müəyyən müddətlik çıxarılıb. Genea-nın çıxarılmasının səbəbin izahat isə belədir:
"Bəzi istifadəçilər Genea-nı pis niyyətləri üçün istifadə ediblər və bu məlum olub. Hadisə Google-a da çatıb. Hazırda qapalı beta testi aparılan tətbiq Google tərəfindən qadağan edilən tətbiqlər siyahısına daxil edilib. Google tərəfindən yenidən yoxlanılacaq olan tətbiqlə bağlı yoxlanışda əleyhimizə qərar çıxmaması və Genea-ya senzura tətbiq edilməsi üzərində işlərin aparılması üçün rAi Genea-nın mobil cihazlarda fəaliyyəti tərəfimdən müəyyən müddətlik dayandırılıb."Genea-da senzura tətbiq edilməsi haqqında millətlər, ölkələr və digər siyasi məsələlər, əlavə olaraq ölüm, dəhşətverici görüntülər və başqa Google tərəfindən qadağan edilmiş məzmunlar bloklanmış olacaq. Qeyd edim ki, bu məzmunların generasiyasına cəhd edən istifadəçilərin IP ünvanları toplanılacaq.
Xahiş edirik ki, süni intellekti xoş niyyətlə yaxşı əməlləriniz üçün istifadə edin!
Renaex Tech və proyektlərinə (Renaex Ai daxil olmaqla) inkişaf mərhələsində dəstək olun!
Xalid Mahmudov